Bakı metrosu iyun ayında hər gün fəaliyyət göstərəcək - Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu iyun ayında hər gün fəaliyyət göstərəcək - Açıqlama

Qafar Ağayev13:51 - 11 / 06 / 2021
Bakı metrosu iyun ayında hər gün fəaliyyət göstərəcək - Açıqlama

Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək.

"Bakı Metropoliteni" QSC-dən 1news.az-a verilən məlumata görə, Birinci Avropa və İslam Həmrəylik oyunlarında, futbol üzrə UEFA Avropa liqasının final matçında olduğu kimi, Bakı metropoliteni bu dəfə də sərnişinlərinə nümunəvi xidmət göstərməyə hazırdır. Bununla əlaqədar bütün hazırlıqlar başa çatdırılıb.

Metropolitendən verilən məlumatda qeyd olunub ki, şəhərimizdə futbol ovqatını gücləndirmək məqsədilə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi sərnişindaşıma fəaliyyətinin bərpa olunduğu qısa müddət ərzində bir çox yeniliklərini və müjdəli xəbərlərini də təqdim edir.

Məlumdur ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər.

Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək. Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.

Ümumiyyətlə, oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.

Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.

Futbol bayramı ovqatının yaradılması məqsədilə stansiyalarda xüsusi plakatlar və bannerlər yerləşdirilib, monitorlarda çarxlar nümayiş olunur. Məlumdur ki, çempionatın “A” qrupunda qardaş Türkiyənin də milli futbol komandası çıxış edəcək. Komanda iyun ayının 16-sı və 20-si iki görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək. Metropoliten qardaş ölkənin futbolçularına dəstəyini də əsirgəməyəcək. “Bir millət, iki dövlət” timsalı ilə Türkiyə millisinə olan sərnişin və azarkeş marağı da xüsusi nəzərə alınıb. Mənəvi dəstəyin ifadəsi olaraq, stansiyalarda "Türkiyə, ürəyimiz səninlə döyünür!" posterləri yerləşdiriləcək.

Bütün qeyd edilənlərə rəğmən, “Bakı Metropoliteni” QSC bayram ovqatını birgə yaşamağa və bunun üçün sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi unutmamağa çağırır. Bu xüsusda Bakı metropolitenindən istifadə edərkən “COVID-19” pandemiyası ilə əlaqədar ictimai nəqliyyatda metodiki göstərişin tələblərinə ciddi riayət olunması, xüsusən tibbi maskadan düzgün istifadə olunması sağlamlıq üçün vacibdir.

Arenaya və arenadan ən qısa yolunuz metrodan düşə bilər.

Oyundan həzz alaq, amma qaydaları da unutmayaq!

Paylaş:
646

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər