Bu il nə qədər şagird 11-ci sinfi bitirir? - Nazirlik sayı açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il nə qədər şagird 11-ci sinfi bitirir? - Nazirlik sayı açıqladı

Qafar Ağayev15:31 - 11 / 06 / 2021
Bu il nə qədər şagird 11-ci sinfi bitirir? - Nazirlik sayı açıqladı

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər