“Tarix yazan şəhidlər” abidəsinin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tarix yazan şəhidlər” abidəsinin açılışı olub - FOTO

Qafar Ağayev11:16 - 11 / 06 / 2021
“Tarix yazan şəhidlər” abidəsinin açılışı olub - FOTO

Beyləqan rayonu Milabad qəsəbəsində “Tarix Yazan Şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş abidənin açılışında şəhidlərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıblar.
Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.

Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyib.

Paylaş:
411

Son xəbərlər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31
Bütün xəbərlər