“AmCham” Azərbaycanda bizneslə bağlı “Ağ sənəd”in növbəti nəşrini təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“AmCham” Azərbaycanda bizneslə bağlı “Ağ sənəd”in növbəti nəşrini təqdim edib

Qafar Ağayev12:21 - 11 / 06 / 2021
“AmCham” Azərbaycanda bizneslə bağlı “Ağ sənəd”in növbəti nəşrini təqdim edib

İyunun 11-də Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Azərbaycanın biznes mühitinin yaxşılaşdırılmasına dair müşahidələr və tövsiyələrə dair "Ağ sənəd"in növbəti nəşrini ictimaiyyətə təqdim edib.

1news.az xəbər verir ki, tədbirdə "AmCham"ın Direktorlar Şurasının üzvləri, komitə rəhbərləri, dövlət rəsmiləri, palata üzvləri qatılıb.

"AmCham"ın prezidenti Nuran Kərimov təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, "AmCham" Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80 faizdən çoxunu təmsil etməklə, ümumilikdə 250-də çox üzv şirkəti özündə birləşdirir. Dövlət və özəl sektor arasında körpü rolunu oynayan və müxtəlif dövlət qurumları ilə davamlı və konstruktiv dialoq quran palata öz üzvlərinin maraqlarını təmsil edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.

Qeyd olunub ki, "Ağ sənəd" Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədilə iki ildən bir hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur. Sənəddə "AmCham" üzvlərinin Azərbaycanın biznes iqliminin və son nəticədə ölkənin inkişafına töhfə verəcək dəyişikliklər barədə kollektiv tövsiyələri əks olunub. Sənəd iki hissədən ibarətdir - ümumilikdə "Ağ sənəd"də əks olunan məsələləri əhatə edən “Giriş” hissəsi və daha spesifik məsələlərə dair təklifləri özündə cəmləşdirən “Tövsiyələr” hissəsi. Əvvəlki illərdə tərtib edilmiş ağ sənədlərdə əks olunan tövsiyələr dövlət proqramlarına əlavə edilib və bəzi tövsiyələr qanunvericilikdə müvafiq dəyişikliklərlə nəticələnib ki, bu da ölkənin biznes mühitinə öz müsbət təsir göstərib.

"AmCham" hər zaman hökumət ilə fəal şəkildə əməkdaşlıq edir və ölkənin işgüzar mühitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri dəstəkləyir. Biz hökuməti özəl sektorun düşüncələri və biznes mühitindəki dəyişikliklər barədə məlumatlandırmanın çox vacib olduğunu düşünürük. "Ağ sənəd 2021" vergi, gömrük, bank, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək, turizm və sair kimi müxtəlif sahələrdə həll ediləcək məsələləri əhatə edir. Pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirlərinin aradan qaldırılması istiqamətində hökumət tərəfindən atılan addımlar təqdirəlayiq olub və təsadüfi deyil ki, həyata keçirilən tədbirlər əhəmiyyətli mənada öz müsbət nəticələrini də göstərib. Biz inanırıq ki, "AmCham" üzvləri tərəfindən bu sənəd çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi ölkəmizdə aparılan iqtisadi islahatlara növbəti töhfə olacaq", - deyə "AmCham"ın prezidenti Nuran Kərimov qeyd edib.

Daha sonra "AmCham"ın Vergi və Gömrük, İnsan Resursları və Əmək, Rəqəmsal Texnologiya və İnnovasiyalar, Hüquq və Komplayens, Satınalmalar və digər komitələrinin rəhbərləri çıxış edərək "Ağ sənəd"in müvafiq sahələrdəki tövsiyələri barədə ətraflı məlumat veriblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Paylaş:
549

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər