Dövlət qulluğu üzrə növbəti test imtahanının keçiriləcəyi vaxt bəlli oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət qulluğu üzrə növbəti test imtahanının keçiriləcəyi vaxt bəlli oldu

Qafar Ağayev12:01 - 14 / 06 / 2021
Dövlət qulluğu üzrə növbəti test imtahanının keçiriləcəyi vaxt bəlli oldu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı iyunun 20-də keçiriləcək.

DİM-dən 1news.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat mayın 17-dən iyunun 10-dək aparılıb. 1943 namizəd (BA - 552, BB - 1391) qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər