Üç medalla təltif olunan Vətən müharibəsi şəhidi Səlim Sultanovun doğum günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Üç medalla təltif olunan Vətən müharibəsi şəhidi Səlim Sultanovun doğum günüdür

14:45 - 15 / 06 / 2021
Üç medalla təltif olunan Vətən müharibəsi şəhidi Səlim Sultanovun doğum günüdür

İyunun 15-i Vətən müharibəsi şəhidi Sultanov Səlim Sultan oğlunun doğum günüdür. Qəhrəman əsgər döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra üç medalla təltif olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səlim 2002-ci il iyunun 15-də Quba rayonunun Zərqova kəndində anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.

Səlim Sultanov Vətən müharibəsinin ilk günündün döyüşlərə qatılıb. Əvvəlcə Suqovuşan, Ağdam cəbhələrində savaşıb. Sonrakı döyüş yolu Şuşa istiqamətində olub. 18 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbiçi yoldaşlarının rəğbətini qazanıb. Müharibə zamanı özüyeriyən artilleriya taqımının heyət üzvü kimi xidmətini yerinə yetirib.

Səlim noyabrın 2-də Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

“Səlim mərd, qorxmaz oğul idi. Hamının hörmətini qazanmışdı. Vətən müharibəsində Xocalının Çanaqçı kəndində şəhid olub. Bizimlə telefonla danışırdı. Özü döyüşlərdə olsa da, bizə ürək-dirək verirdi. Qələbə qazanacağıq deyirdi. Sonuncu söhbətimizdə bir neçə gün ona zəng çatmayacağını söylədi. Ondan sonra şiddətli döyüşlərə girib. Torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Oğlumla fəxr edirəm”, - deyə şəhidin atası Sultan Sultanov söyləyib.

Səlim Sultanovun bir qardaşı və bir bacısı var. O, təkcə ailəsinin yox, eləcə də təhsil aldığı məktəbin, yaşadığı kəndin sevimlisi olmağı bacarıb. Şəhid olmazdan bir neçə gün əvvəl ailəsi ilə əlaqə saxlayan döyüşçü düşmənin məhv edildiyini, müharibənin bitməyinə az qaldığını bildirib.

Şəhid anası Niyazə Sultanova deyib: “Səlim ortancıl övladım idi. Döyüşlər zamanı bir neçə dəfə telefonla danışmışıq. Sağ-salamat qayıdacağam deyirdi. Vətənini çox sevirdi. Vətən uğrunda da şəhid oldu”.

Səlim Sultanov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda“ və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş:
306

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər