Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

13:05 - 17 / 06 / 2021
Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, sərəncamda deyilir:

2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

Paylaş:
299

Son xəbərlər

İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00
Bütün xəbərlər