İTSDA və UNFPA müharibədən zərər çəkmiş bölgələrdə səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

İTSDA və UNFPA müharibədən zərər çəkmiş bölgələrdə səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirir

Qafar Ağayev10:51 - 21 / 06 / 2021
İTSDA və UNFPA müharibədən zərər çəkmiş bölgələrdə səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və BMT-nin Əhali Fondunun (UNFPA) maliyyə dəstəyi ilə İkinci Qarabağ müharibəsindən zərər çəkmiş 8 şəhər və rayonda əhaliyə cinsi və reproduktiv sağlamlıq, həmçinin gender əsaslı zorakılıqla mübarizə sahələrində səyyar xidmətlərin göstərilməsi ilə bağlı birgə layihə həyata keçirilir.

1news.az xəbər verir ki, Layihə Gəncə və Mingəçevir şəhərlərini, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl və Ağcabədi rayonlarını əhatə edir.

Layihə çərçivəsində Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssislərindən ibarət səyyar qruplar tərəfindən ilkin mərhələdə 7-9 iyun Gəncə şəhərində, 9-12 iyun Mingəçevir şəhərində və 14-19 iyun tarixlərində Ağdam, Ağcabədi rayonlarında səyyar xidmət və təlimlər həyata keçirilib.

Layihənin məqsədi müharibə zamanı zərər çəkmiş ərazilərdə hamilə, tənha, sonsuzluq və digər ginekoloji problemləri olan qadınları tibbi müayinəyə cəlb etmək, habelə arzuolunmaz hamiləlikdən qorunma yolları, ailə planlaşdırılması, sanitariya qaydaları və digər cinsi və reproduktiv sağlamlıq məsələləri ilə bağlı onları maarifləndirməkdir.

Sadalanan bölgələrdə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkim, mama-ginekoloq, mamalara cinsi və reproduktiv sağlamlıq, gender əsaslı zorakılıqla mübarizə mövzularında təlimlərin keçirilməsi də layihənin məqsədləri sırasındadır.

Onu da qeyd etmək lazımdır ki, analoji tədbirlərin 21-26 iyun tarixlərində Goranboy, Tərtər, Göygöl və Bərdə rayonlarında keçirilməsi nəzərdə tutulub.

Layihənin davamı olaraq, səyyar xidmətlərin göstərilməsi üçün cari ilin avqust ayında sözügedən şəhər və rayonlara növbəti səfərlərin təşkil edilməsi planlaşdırılır.

Paylaş:
401

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər