Nigar Camal: “Bu icazə, minlərlə ailənin ruzisinin artması deməkdir”
“Toyların keçirilməsinə icazə vermək minlərlə ailənin ruzisinin artması deməkdir”.
Bu barədə toyların keçirilməsi ilə bağlı 1news.az-a danışan müğənni Nigar Camal deyib.
“İndi bizi yenidən daha canlı həyat gözləyir. Bu, təkcə musiqiçilər üçün yox, bu sferada çalışan hər kəs üçün xoş xəbərdir. Ofisiantından tutmuş gözəllik salonu işçisinə, ticarətçisindən tutmuş fermerinədək hamının sevincini sosial şəbəkədə görmək mümkündür. Təki insanlarımızın ruzisi bol olsun, pandemiya da birdəfəlik bitsin ki, canımız qurtarsın” – N.Camal qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişikliyə əsasən, 1 iyul tarixindən müəyyən şərtlərlə Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.
Həmçinin oxu: İyulun 1-dən toy və nişanlara icazə verildi - ŞƏRTLƏR
Feliks Vishnevetsky