Sumqayıtda qadın qonşusu tərəfindən qətlə yetirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qadın qonşusu tərəfindən qətlə yetirildi

Qafar Ağayev09:29 - 24 / 06 / 2021
Sumqayıtda qadın qonşusu tərəfindən qətlə yetirildi

Sumqayıtda qadın qətlə yetirilib.

Sumqayıt şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, iyunun 23-ü saat 23 radələrində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Paylaş:
358

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər