Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:52 - 25 / 06 / 2021
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 72 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 329 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 218 651, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 070 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 148 125 təşkil edir.

1news.az

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər