Bakcell-dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakcell-dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

S.Xankişiyeva14:15 - 29 / 06 / 2021
Bakcell-dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

Bakcell “099” prefiksi ilə başlayan “xüsusi” və “eksklüziv” nömrələri istifadəyə verib.

Məhdud sayda buraxılan bu nömrələr abunəçilərə “Klass 25” və “Klass 50” tarifləri ilə təklif olunur. İstifadəçilərini özəlliyi ilə fərqləndirəcək və yeni hədəflərə doğru addımlamağa kömək edəcək 099 prefiksli yeni nömrələr bu gündən etibarən satışdadır. Müştərilər arzuladıqları nömrəni nomre.bakcell.com səhifəsi vasitəsilə rezervasiya edə və ya “Bakcell”in istənilən müştəri xidməti mərkəzi və diler mağazasından ala bilərlər.

Qeyd edək ki, Bakcell yeni “099” mobil prefiksini ötən ilin əvvəlində təqdim edib. Yeni prefiks abunəçilərə xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar verir.

“Abunəçilərimiz yeni 099 prefiksimizə böyük maraq göstərib. Buna görə də biz onlara fərqlənmək və ən üstün müştəri təcrübəsindən yararlanmaq üçün 099 prefiksli eksklüziv nömrə almaq imkanı yaratmışıq. Bu nömrələri beynəlxalq səviyyədə 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adını qazanmış Bakcell şəbəkəsində istifadə etmək isə əlavə üstünlüklər qazandırır”, deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/099-prefix-exclusive-special səhifəsinə daxil olun.

Bakcell xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.

Reklam hüququnda

Paylaş:
287

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər