Nazirlik nöqsan aşkarlanan sanatoriyaların siyahısını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik nöqsan aşkarlanan sanatoriyaların siyahısını açıqladı

Qafar Ağayev12:45 - 29 / 06 / 2021
Nazirlik nöqsan aşkarlanan sanatoriyaların siyahısını açıqladı

Səhiyyə Nazirliyi sanator tibb müəssisələrində keçirilən monitorinqlərin nəticələrini açqılayıb.

1news.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova bildirib ki, monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib:

"Bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaetbəxş olub".

Onun sözlərinə görə, ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3 vərəm, digərləri somatik tipli sanatoriyalardır:

"Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərina çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər.

1. 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası

2. 3 saylı Uşaq Vərəm Sanatoriyası

3. 5 saylı Uşaq Vərəm Sanatoriyası

4. 4 nömrəli Uşaq Somatik Sanatoriyası

5. 1 nömrəli Uşaq Somatik Sanatoriyası

6. 6 nömrəli Uşaq Somatik Sanatoriyası

7. 5 nömrəli Uşaq Somatik Sanatoriyası

8. 3 nömrəli Uşaq Somatik Sanatoriyası

9. Respublika Uşaq Sanatoriyası

10. Sanator-Kurort Reabilitasiya Mərkəzi

11. Prof.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası".

Paylaş:
438

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər