Deputat Şahin Seyidzadə Saray qəsəbəsində qəbul keçirib – FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə 29 iyun tarixində Abşeron rayonunun Saray qəsəbəsində fərdi vətəndaş qəbulu keçirmişdir.
1news.az-ın verdiyi xəbərə görə, ümumilikdə şəhid ailələri daxil olmaqla 19 vətəndaşın iştirak etdiyi qəbulda məşğulluq, rabitə təminatı, yol infrastrukturu, mədəniyyət, tibb, ipoteka krediti, torpaq, işıq, hüquq, şəhid adının əbədiləşdirilməsi və təltiflər mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.






1144