Azərbaycan tələbələri adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan tələbələri adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

S.Xankişiyeva13:30 - 03 / 07 / 2021
Azərbaycan tələbələri adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan və özündə 101 ali və orta təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını (TGT) birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın bütün tələbələri və TGT-ləri adından Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı bəyanat yaymışdır.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda aparılan monitorinqlərə istinadən qeyd edilir ki, həmin çayda ağır metalların normadan artıq olması və şiddətli çirkləndirilməsi nəticədə Araz, Kür və Xəzər Dənizinin bioresursları, yerli əhalisi və ekosisteminə ciddi təhdid yaradır.

Vurğulanıb ki, Ermənistan Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Qorunması və İstifadəsinə dair Helsinki Konvensiyasını nə imzalamışdır, nə də ona könüllü şəkildə əməl etmişdir. İngilis dilində yazılmış bəyanat İttifaq tərəfindən ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilmişdir.

Müraciətin sonunda beynəlxalq təşkilatlara bu mövzuda daha qətiyyətli mövqe tutması və Ermənistanı məsuliyyətsiz yanaşmasını dayandırmağa çağırış edilmişdir.

Mövzu ilə əlaqədar oxuyun:

Hikmət Hacıyev: Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır

Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı faktlar açıqlanıb – FOTO

NAYORA Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib – FOTO

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər