Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

S.Xankişiyeva16:40 - 03 / 07 / 2021
Azərbaycanda vaksinasiya olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69 718 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 663 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 740 477, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 321 863, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 418 584 təşkil edir.

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər