Ermənistan Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ

15:36 - 07 / 07 / 2021
Ermənistan Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutdu - RƏSMİ

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1news.az

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər