Bakıda yeni velosiped yolları çəkilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeni velosiped yolları çəkilib - FOTO

Qafar Ağayev10:55 - 07 / 07 / 2021
Bakıda yeni velosiped yolları çəkilib - FOTO

Paytaxtda yeni velosiped yolları çəkilib.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir. Agentlik tərəfindən mütəmadi olaraq bildirildiyi kimi, velosiped nəqliyyatının inkişafına dair strategiya hazırlanaraq icra olunmaqdadır. Strategiyaya əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

Ümumilikdə, velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub: 1)yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə; 2) digər ərazilərdə isə tikinti-quraşdrıma işləri aparılmaqla. Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işlərini tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək.

İnfrastrukturun imkan verdiyi ərazilərdə isə artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib. Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir. Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib.

Bakı Dairəvi maililiyi, həmçinin mövcud infrastruktur bu ərazidə velosiped yolunun salınmasına imkan verir. 2 km-lik velosiped yolu 2 istiqamət üzrə 2.50 m enində təşkil edilib və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 70 sm enində bufer zona yerləşdilib. Eyni zamanda bufer zonada diqqəti və görünmə səviyyəsini artırmaq üçün işıqqaytarıcı effektə malik rezin dirəklər quraşdılıb.

Avtomobil sürücülərindən xahiş edirik ki, velosipedçilərin hərəkətini çətinləşdirməsinlər və yol hərəkəti qaydalarına əməl etsinlər. Velosiped yolu üzərində avtomobili park etmək və ya velosiped yolu boyunca hərəkət etmək qadağandır. Müəyyən edilən yerlərdə velosipeddən istifadə edənlərin hərəkət üstünlüyünə də anlayışla yanaşılmasını tövsiyə edirik. Eyni qaydada velosiped istifadəçiləri də yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Yolun əhatə etdiyi ərazidə 10 minə yaxın əhalinin daimi yaşadığını və yaz-yay aylarında çoxlu sayda ziyarətçi cəlb etdiyini nəzərə alsaq, hazırlanmış layihə turizm sektorunun inkişafı baxımından da xüsusi əhəmiyyətə malikdir. Növbəti mərhələlərdə isə sözügedən velosiped yolunun Buzovna və Pirşağı qəsəbələrinə qədər təşkil edilməsi planlaşdırılır ki, bu da qəsəbələrarası əlaqələndirmədə velosiped nəqliyyatının payının artmasına imkan verəcəkdir.

Paylaş:
679

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər