Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin köçürüləcəyi tarix açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin köçürüləcəyi tarix açıqlandı

Qafar Ağayev12:44 - 07 / 07 / 2021
Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin köçürüləcəyi tarix açıqlandı

İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib.

Nazir müavini bildirib ki, “Gələn ilin yanvar ayında Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir:

"Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər