Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

S.Xankişiyeva16:53 - 08 / 07 / 2021
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1 202 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb.

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər