“Bizi ölümə aparan mobil telefonlar” – “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bizi ölümə aparan mobil telefonlar” – “Çıxışa doğru”da MÜZAKİRƏ

21:58 - 08 / 07 / 2021
“Bizi ölümə aparan mobil telefonlar” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Həyatımızın ayrılmaz hissəsinə çevrilən, bəzilərimiz üçün hətta hava və su kimi vacib əhəmiyyət kəsb edən mobil telefonlar bir çox hallarda bizi ölümə aparır.

Bu hallardan biri sükan arxasında mobil telefondan istifadədir. Təəssüf ki, bu gün sürücülərin əksəriyyəti bu qayda pozuntusunu edir. Amma ilk növbədə özünü təhlükəyə atdığının fərqində olmur.

Qanun nə deyir?

İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsində deyilir ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimədir.

Ekspertlər isə hesab edir ki, sükan arxasında mobil telefondan ümumiyyətlə istifadə olunmasın. Təbii ki, bəzi zəruri hallar istisnadır. Amma unutmaq lazım deyil ki, sevdiklərimizə yazdığımız mesajlar, göndərdiyimiz səs və danışıqlar onlar üçün də, bizim üçün də sonuncu ola bilər.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Bizi ölümə aparan mobil telefonlar” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Nəqliyyat eksperti Elməddin Muradlı, təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev, Bakı Şəhər Baş Polis İdarəsinin DYP baş inspektoru Araz Əsgərli və sığorta mütəxəssisi İlkin İbrahimov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
419

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər