Azad edilmiş ərazilərdə radioloji tədqiqatlar aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə radioloji tədqiqatlar aparılacaq

17:55 - 08 / 07 / 2021
Azad edilmiş ərazilərdə radioloji tədqiqatlar aparılacaq

Türkiyə və Azərbaycan işğaldan azad edilmiş ərazilərdə radioloji tədqiqatlar aparacaq.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Bununla yanaşı Azərbaycanın işçğaldan azad edilən ərazilərində radiometrik tədqiqatların da aparılması nəzərdə tutulur.

Qeyd olunub ki, radiometrik və radioloji tədqiqatların aparılacağı ərazilər Azərbaycan tərəfindən müəyyən ediləcək:

"Radiometrik və radioloji tədqiqatlar Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Türkiyə Enerji, Nüvə və Mədən Araşdırma Təşkilatı ( TENMAK), Mineral Tədqiqat və Kəşfiyyat Baş Direktorluğu ( MTA) tərəfindən aparılacaq".

1news.az

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər