Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb

17:24 - 09 / 07 / 2021
Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb

Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 1991-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.

Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. V.Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər