“Azərxalça”dan ilk - İpək xalçalar istehsal olunacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça”dan ilk - İpək xalçalar istehsal olunacaq - FOTO

Qafar Ağayev20:32 - 09 / 07 / 2021
“Azərxalça”dan ilk - İpək xalçalar istehsal olunacaq - FOTO

“Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.

1news.az xəbər verir ki, Sənəd “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və “Azəripək” MMC-nin direktoru Zaur Yaqubov tərəfindən imzalanıb.

Görüşdə hər iki qurumun rəhbərləri ilə yanaşı, digər nümayəndələr də iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalçaçılıq sənəti, bu sahəyə dövlətin diqqət və qayğısı, yaxın gələcək üçün nəzərdə tutulan əsaslı dəyişikliklər və planlardan danışıb. O, bildirib ki, dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması xalçaçılığa göstərilən yüksək diqqət və qayğının göstəricisidir. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir. Dövlət Proqramında xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

İdarə Heyətinin sədri onu da əlavə edib ki, milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılıq sənətinin yaşadılmasına dəyərli töhfələrini verir.

Emin Məmmədov xüsusilə qeyd edib ki, xarici bazara yalnız milli naxışlı klassik xalçalar deyil, müasir və fərqli düşüncəli həm yerli, həm də xarici gənc xalçaçı rəssamlarla hazırlanan və müasir bazarın istəklərinə uyğun xalçaların çıxarılması istiqamətində işlər aparılmalı və uğurla qurulmuş əməkdaşlıqlar bu yolda inkişafa aparan ən doğru hədəfdir.

Daha sonra “Azəripək” MMC- nin direktoru Zaur Yaqubov başçılıq etdiyi qurum və onun indiyədək gördüyü işlər haqqında görüş iştirakçılarına geniş məlumat verib və gələcək uğurlu əməkdaşlıq üçün müsbət fikirlərini bölüşüb. Hər iki qurum yerli ipəkçiliyin inkişafı sahəsində fəal əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmış Memorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib.

İmzalamnmış Memoranduma əsasən, bundan sonra xalçaların toxunmasında istifadə ediləcək ipək ipliyini “Azərxalça” ASC “Azəripək” MMC-dən satın alacaq, istehsal edilən məmulatların satışına dəstək sahəsində əməkdaşlıq olunacaq, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılacaqdır.

Xatırladaq ki, buna qədər “Azərxalça” ASC ipək xalçalar istehsal etməyib. Bundan sonra “Azəripək” MMC-dən əldə olunan ipək ipliklə yeni və eksperimental xalçaların toxunmasında istifadə olunacaq. Toxunan bütün növ xalçalar ən qısa zamanda yerli bazarla yanaşı dünya bazarına da çıxarılacaq.

Paylaş:
750

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər