Polis rəisinin intihar etdiyi yerdən görüntülər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis rəisinin intihar etdiyi yerdən görüntülər – FOTO – VİDEO

S.Xankişiyeva12:59 - 09 / 07 / 2021
Polis rəisinin intihar etdiyi yerdən görüntülər – FOTO – VİDEO

Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev intihar edib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis rəisi bu gün səhər saatlarında xidməti otağında tabel silahı ilə özünü öldürüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik.

Mövzu ilə əlaqədar oxuyun:

Bakıda polis rəisi özünü iş otağında güllələyərək öldürüb

Baş Prokurorluq polis rəisinin intiharı ilə bağlı məlumat yaydı

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər