Baş Prokurorluq: Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb

S.Xankişiyeva12:46 - 10 / 07 / 2021
Baş Prokurorluq: Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb

Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər