Baş prokurorların Sankt Peterburq görüşü baş tutdu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokurorların Sankt Peterburq görüşü baş tutdu - FOTO

09:30 - 12 / 07 / 2021
Baş prokurorların Sankt Peterburq görüşü baş tutdu - FOTO

Avropa Şurasının saytına istinadən qeyd olunur ki, 2021-ci ilin iyul ayının 6-9 tarixlərində Avropa Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və Rusiya Federasiyası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “İnsan Hüquqlarına dair Avropa Konvensiyası çərçivəsində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorların rolu” mövzusunda Avropa dövlətlərinin Baş Prokurorlarının görüşü Sankt Peterburqda, Rusiya Federasiyası Prezidentinin İqamətgahında (Konstantinovski Sarayında) keçirildi.

Yüksək səviyyədə təşkil olunmuş bu tədbirin təntənəli açılış mərasimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin video konfrans vasitəsilə çıxışı ilə başlamış, sonradan Rusiyanın Baş Prokuroru İqor Krasnov, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti (Cənubi Koreanın Baş Prokuroru) Cheol-Kyu Hvanq, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoru Kristos Qiakumopulos, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qaraqurbanlı, Avropa Prokurorlarının Məşvərətçi Şurasının prezidenti Antonio Noquera və Venesiya Komissiyasının Vitse-prezidenti Bazy-Malaurie açılış nitqləri ilə çıxış etmişlər.

İqor Krasnov – Rusiya Federasiyasının Baş Prokuroru

Ölkə başçısının uğurlu xarici və səmərəli kadr siyasəti nəticəsində belə mötəbər tədbirin açılış mərasiminin Rusiya Federasiyası Prezidenti, digər beynəlxalq qurumların rəhbər şəxsləri ilə yanaşı CEPEJ-in rəhbəri qismində azərbaycanlı hakim Ramin Qaraqurbanlı tərəfindən edilməsi sevindirici haldır.

Ramin Qaraqurbanlı, Cheol-Kyu Hvanq, Kristos Qiakumopulos, Antonio Noquera

Baş prokurorların iştirakı ilə keçirilən iclasda prokurorluğun statusu və səlahiyyətləri, Avropa Şurasının bu sahədə tövsiyələrinin, əsasən Nazirlər Komitəsinin “Prokurorların cinayət ədalət mühakiməsi sistemində rolu” Rec(2000)19 və “Prokurorların cinayət ədalət mühakiməsi sistemindən kənar rolu” Rec(2012)11 adlı sənədlərinin üzv dövlətlərdə tətbiqi vəziyyəti müzakirə olundu.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti həmin iclasda iştirak etmiş, Baş prokurorun prokurorluq orqanlarında tətbiq edilən yeniliklər barədə çıxışları çox maraqla qarşılanmış, habelə nümayəndə heyətinin digər üzvlərinin də fəal iştirakı və prokurorluq orqanlarında aparılan uğurlu islahatlar yüksək qiymətləndirilmişdi.

Kamran Əliyev - Azərbaycan Respublikasının Baş prokuroru

Paylaş:
1037

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər