Könül Nurullayeva: «Diplomatların azad olunmuş ərazilərə səfərindən sonra Minsk Qrupu həmsədrlərinin Azərbaycanda nüfuzu daha da aşağı düşdü» | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva: «Diplomatların azad olunmuş ərazilərə səfərindən sonra Minsk Qrupu həmsədrlərinin Azərbaycanda nüfuzu daha da aşağı düşdü»

11:06 - 11 / 07 / 2021
Könül Nurullayeva: «Diplomatların azad olunmuş ərazilərə səfərindən sonra Minsk Qrupu həmsədrlərinin Azərbaycanda nüfuzu daha da aşağı düşdü»

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

Növbəti belə səfər Şuşa şəhərinə baş tutdu.

Məqsəd diplomatları mövcud vəziyyətlə, eyni zamanda ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsinə dair faktlarla yerində tanış etməkdir.

Bu vaxta qədər diplomatik korpusun Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub. Şuşa şəhərinə səfərdə 33 ölkənin səfiri, 13 ölkənin isə müvəqqəti işlər vəkili, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak edirdi.

Diplomatik korpus nümayəndələri üçün bir daha aydın oldu ki, Şuşa da daxil olmaqla heç bir ərazidə bərpa işlərinin aparılmaması göstərir ki, bu ərazilər hər zaman ermənilər üçün yad olub. Bu səbəbdən işğal dövründə talan, ekoloji və mədəni terror, urbisid fəaliyyətilə məşğul olublar. Azərbaycan öz tarixi torpaqlarında qısa vaxtda genişmiqyaslı quruculuq və bərpa işləri aparmaqla öz gücünü və böyük potensialını aydın nümayiş etdirir.

Lakin təəssüflə qeyd etməliyik ki, ABŞ, Rusiya və Fransanın, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin nümayəndələri bu səfərə qatılmayıb. Haqlı sual yaranır-niyə? 27 il Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin bu səfərlərə maraq göstərməməsi sadəcə təəssüf doğurur.

Çünki məhz həmsədr ölkələr belə səfərlərin nə qədər əhəmiyyətli olduğunu yaxşı bilir. İşğal dövründə Ermənistanın bu ərazilərdə törətdikləri vandallıq aktlarından da məhz vasitəçilər daha çox məlumatlıdır. Sadəcə, münaqişə dövründə olduğu kimi, post münaqişə dövründə də ədalətli mövqe ortaya qoymaqsan çəkinirlər.

Elə bu səbəbdən həmsədrlərin nüfuzu Azərbaycanda aşağıdır və cəmiyyətin onlara etimadı yoxdur. Bu münasibəti vasitəçilər öz fəaliyyətsizlikləri ilə formalaşdırıblar. Özlərini işğaldan azad olunmuş ərazilərə təşkil edilən səfərlərdən kənarda saxlayan ATƏT MQ həmsədrlərinin nüfuzu indi daha da aşağı düşdü. Bir daha aydın oldu ki, həmsədr ölkələr münaqişənin həllindən daha çox, bölgədə “status-kvo” vəziyyətinin qorunub saxlanmasında maraqlı olub.

Paylaş:
767

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər