Səmayə Məmmədova BNA-da yeni vəzifəyə təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səmayə Məmmədova BNA-da yeni vəzifəyə təyin edilib

Qafar Ağayev16:31 - 12 / 07 / 2021
Səmayə Məmmədova BNA-da yeni vəzifəyə təyin edilib

Bir müddət əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrılan Səmayə Məmmədova Bakı Nəqliyyat Agentliyində (BNA) yeni işinə başlayıb.

1news.az xəbər verir ki, S.Məmmədova bundan sonra BNA-nın PR işlərini həyata keçiriəcək.

S.Məmmədova bu barədə fikirlərini sosial mediada bölüşüb:

“Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün çox minnətdaram! Seçimim Bakı Nəqliyyat Agentliyi (BNA) oldu. Bu qurumda fəaliyyətimi hamımızın sevimlisi Mais Ağayevlə çiyin-çiyinə davam etdirəcəm. Bundan sonrakı fəaliyyətimizdə qurumun PR məsələlərinə mən rəhbərlik edəcəm. Mais Ağayev isə hər zaman olduğu kimi mətbuat katibi funksiyalarını davam etdirəcək”.

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər