Bakıda 16 yaşlı oğlan anasını söyən kişini öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 16 yaşlı oğlan anasını söyən kişini öldürdü

09:21 - 13 / 07 / 2021
Bakıda 16 yaşlı oğlan anasını söyən kişini öldürdü

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.

1990-cı il təvəllüdlü Elnar Məmmədov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Məmmədovun boğazından vurub. E.Məmmədov hadisə yerində ölüb.

Məlumata görə, mübahisəyə səbəb E.Məmmədovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

1news.az

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər