Bu günün statistikası: Yoluxanların sayı 200-ü keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: Yoluxanların sayı 200-ü keçdi

S.Xankişiyeva16:46 - 17 / 07 / 2021
Bu günün statistikası: Yoluxanların sayı 200-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib. 1 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, bu günə qədər isə ümumilikdə 3 905 500 test icra olunub.

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər