XİN: Destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək çətin deyil | 1news.az | Xəbərlər
Siyasət

XİN: Destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək çətin deyil

S.Xankişiyeva17:54 - 17 / 07 / 2021
XİN: Destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək çətin deyil

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan Baş nazirinin Aİ Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı sualını cavablandırıb.

1news.az L.Abdullayevaya ünvanlanmış sualı və XİN rəsmisinin cavabını təqdim edir:

Sual: Ermənistan Baş naziri N.Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti ilə 17 iyul tarixində keçirdiyi mətbuat brifinqində Azərbaycan əleyhinə ittihamlarla çıxış edib, o cümlədən, guya ki, Azərbaycanın qonşu dövlətlərin ərazisinə iddiasının olması, sərhəd gərginliyini yaratması və delimitasiya prosesinə əngəl törətməsi kimi fikirləri səsləndirib. Bununla bağlı şərhinizi öyrənmək istərdik.

Cavab: Bu, Ermənistan Baş nazirinin növbəti, tamamilə yalan və iftira dolu bəyanatıdır. Xatırladıram ki, bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirib, ərazilərini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir. “Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən Ermənistan Baş naziri görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.

Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib. Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir.

O ki, qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına bu, Ermənistan Baş nazirinin riyakarlığından başqa bir şey deyildir. Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb. Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil.

Paylaş:
437

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər