Xərçəngdən əziyyət çəkən ananın köməyə ehtiyacı var – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xərçəngdən əziyyət çəkən ananın köməyə ehtiyacı var – FOTO

12:10 - 19 / 07 / 2021
Xərçəngdən əziyyət çəkən ananın köməyə ehtiyacı var – FOTO

Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Ramazanova Gülnarə Qurbanəli qızına döş sümüyü nahiyəsinin dərialtı törəməsindən alınan biopsiya nəticəsinə melanoma (dəri xərçəngi) diaqnozu qoyulub.

1news.az xəbər verir ki, qoyulan diaqnozun müalicəsi immunoterapiya yolu ilə mümkündür.

Müalicə üçün təyin olunan bir iynənin (Opdivo) qiyməti 7200-7300 manatdır. Bu iynə bir il müddətinə hər ay vurulmalıdır. Müalicə ardıcıl şəkildə davam edərsə xəstənin tam sağalma şansı var. Xəstənin həyatı bu müalicədən asılıdır. Lakin ailənin maddi durumu üçün bu çox böyük məbləğdir. Müalicəni davam etdirmək ailənin imkanı xaricindədir.

Ailə üzvləri xəstənin sağlamlığına qovuşması üçün bütün yardımsevər şəxslərdən kömək etmələrini xahiş edir.

Gülnarə Ramazanovaya yardım üçün açılmış kart hesabına kart və MilliOn ödəniş terminalları üzərindən də mədaxil etmək mümkündür.

MilliÖn Bank Xidmətləri Kapital Bank Kart hesabının artırılması

AZN 4169 7385 0252 7496

GULNARA RAMAZANOVA

Əlaqə nömrəsi:

+9940 55 510 36 26

1news.az

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər