Təzəpir məscidində bayram namazı qılınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təzəpir məscidində bayram namazı qılınıb - FOTO

S.Xankişiyeva10:06 - 21 / 07 / 2021
Təzəpir məscidində bayram namazı qılınıb - FOTO

Bakıda Təzəpir məscidində bayram namazı qılınıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Qurban bayramı ilə əlaqədar dini ayin bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Qeyd edək ki, bu gün artıq ikinci gündür Azərbaycanda Qurban bayramı qeyd edilir. Nazirlər Kabinetinin qərarına əsasən bayramla əlaqədar 18-21 iyul qeyri-iş günləridir.

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər