Sinoptiklərdən xəbərdarlıq: Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq: Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək

Qafar Ağayev15:14 - 22 / 07 / 2021
Sinoptiklərdən xəbərdarlıq: Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, iyulun 23-24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Xəbərdarlığa görə, iyulun 24-ü gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi bildirilir.

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər