Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri “Mir Şahinin vaxtı” verilişinin qonağı olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri “Mir Şahinin vaxtı” verilişinin qonağı olub - VİDEO

S.Xankişiyeva15:10 - 23 / 07 / 2021
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri “Mir Şahinin vaxtı” verilişinin qonağı olub - VİDEO

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Mir Şahinin vaxtı” verilişinin qonağı olub.

1news.az-ın Realtv.az-a istinadla verdiyi xəbərə görə, R.Hacıyev verilişdə Qarabağ Dirçəliş Fondunun təşkilati işləri, fəaliyyət istiqamətləri, layihələri barədə ətraflı məlumat verib.

Eyni zamanda verilişdə Fonda bu günə qədər toplanan ianələr, bərpa olunacaq abidələrin siyahısı, bərpa prosesi, əhalinin köçürülməsi kimi bir çox məqamlara aydınlıq gətirilib.

İnsanlar nə üçün məhz Qarabağ Dirçəliş Fonduna etibar etməlidir və onun ətrafında sıx birləşməlidir?

Verilişi izləyib yaranan bu kimi bir çox suallara cavab tapa bilərsiniz.

Xatırladaq ki, iyunun 30-da Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” internet resursunun təqdimat mərasimi keçirilib.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, eləcə də tanınmış ictimai və siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Karabakh.Center” internet resursunda əvvəllər işğal altında olan ərazilərdə yerləşən dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10,000-dən çox fotoşəkli və video görüntüləri yer alır. Bütün fotoşəkilləri və videoları saytın "Urbisid" bölməsində tapmaq mümkündür.

"Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur.

İnternet resurs həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspert icmasının nümayəndələrinin diqqətini cəlb edəcək.

Mövzu ilə əlaqədar oxuyun:

“Karabakh.Center” internet resursunun təqdimat mərasimi keçirilib - FOTO - VİDEO

““Karabakh.Center” Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb” - Mikayıl Cabbarov

Rəhman Hacıyev: “İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür”

“Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir” - Mikayıl Cabbarov

Muxtar Babayev: “Ermənilər işğal dövründə meşə fonduna ciddi ziyan vurub”

Paylaş:
477

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər