Bərdədə ana 18 yaşlı qızını tualetdə zəncirlə bağlayıb
Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Y-nin anası Şəlalə İsmayılova və tanışı Ruslan Rzayev tərəfindən yaşadığı evin sanitar qovşağına zəncir ilə dəmir boruya bağlanıb. Hadisədən xəbər tutan qonşular Bərdə rayon Polis Şöbəsinə xəbər veriblər.
Məlumatla əlaqədar RPŞ-nin istantaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.
Polis əməkdaşları ayağından zəncirlə boruya bağlanan qızı və adı çəkilən şəxsləri polis şöbəsinə aparıblar.
Faktla bağlı araşdırma aparılır.
1news.az