Polis bir neçə şəhər və rayonda “patı” satanları saxlayıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis bir neçə şəhər və rayonda “patı” satanları saxlayıb – VİDEO

S.Xankişiyeva15:14 - 24 / 07 / 2021
Polis bir neçə şəhər və rayonda “patı” satanları saxlayıb – VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhərində həyata keçirdikləri əməliyyatlar zamanı həmin bölgədə narkotik vasitə və psixotrop maddələrin, yəni “patı” adlandırılan metamfetaminin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş şəxslər – Emil İbrahimov, Ceyhun Əliyev, Tofiq Rəhimov və Bəxtiyar Nəcəfov saxlanılıblar. Onların üzərinə və Lənkəran şəhərində yerləşən evlərinə baxış zamanı 107 qram heroin, həşiş, metamfetamin və elektron tərəzilər aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində Lənkəran şəhəri və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Baş İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin, eləcə də, narkotik tərkibli həblərin onlayn satışı ilə məşğul olan Fətəli Həsənli saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 27 qramdan artıq yüksək təsiredici xassəyə malik nakotik vasitə kokain, psixotrop maddə metamfetamin, eləcə də, 476 ədəd satışı qadağan olunan ekstazi və metadon həbləri aşkar edilib. Əməliyyat zamanı həmçinin Fətəli Həsənlinin üzərindən narkotik vasitələrin onlayn satışı zamanı pul dövriyyəsində istifadə etdiyi 2 ədəd plastik kart da polislər tərəfindən aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının paytaxtın Nəsimi rayonunda keçirdikləri digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Aydın Quliyev də saxlanılıb. Onun üzərindən 14 qram heroin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının Xətai rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Sabir Rüstəmov və Nicat Rzayev saxlanılıblar. Sabir Rüstəmovdan ümumilikdə 42 qram, o cümlədən, kimyəvi tərkibli narkotik vasitə bonzai, kokain, metamfetamin, 28 ədəd ekstaz həbi və narkotik vasitələrin onlayn satışında nağdsız ödənişlər zamanı istifadə etdiyi plastik kart aşkar edilib. Nicat Rzayev üzərindən və idarə etdiyi nəqliyyat vasitəsindən isə 8 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

Baş İdarə əməkdaşlarının paytaxtın Nərimanov və Nizami rayonlarında həyata keçirdikləri növbəti əməliyyatlar zamanı sosial şəbəkə istifadəçiləri arasında narkotik vasitələrin satışını təşkil edən Anar Gərayzadə və Tahir Şirinov tutulublar. Anar Gərayzadənin üzərindən və Nərimanov rayonunda yaşadığı mənzilindən ümumilikdə 616 qram heroin, metamfetamin, elektron tərəzi, Tahir Şirinovdan isə çəkisi 540 qram olan eyni adlı nakotik vasitə və psixotrop maddələr, həmçinin, elektron tərəzi akar edilərək istintaqa təqdim olunub.

Baş İdarə əmkdaşlarının Yasamal və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində həyata keçirdikləri əməliyyatlar zamanı isə Əli Abdullayev və Aydın Cavadov narkotik vasitələrin satışını həyata keçirməkdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan müvafiq olaraq 105 və 15 qram heroin, eləcə də, metamfetamin aşkar olunub.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonu ərazisində həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Eduard Hüseynov narkotik vasitələrin qanunsuz kultivasiyası ilə məşğul olduğu üçün saxlanılıb. Onun Maştağa qəsəbəsindəki evinin həyətinə baxış zamanı çəkisi 11 kiloqram olan 54 ədəd çətənə kolu və 4 kiloqram qururulmuş marixuana aşkar edilib. Eduard Hüseynov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə kultivasiya etdiyini bildirib.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, 495 ədəd narkotik tərkibli həb və 11 kiloqram kultivasiya edilən çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, təqdim etdiyimiz sonuncu əməliyyatların bir neçəsi Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. Həmin məlumatları göndərən şəxslərə təşəkkürümüzü bildirik.

Paylaş:
402

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər