Gədəbəydə 17 yaşlı şəxs elektrik cərəyanının vurması nəticəsində ölüb
İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
483