Xaçmazda polis reyd keçirdi - COVID-19 pasportu olmayanlar toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda polis reyd keçirdi - COVID-19 pasportu olmayanlar toya buraxılmadı

Qafar Ağayev12:15 - 27 / 07 / 2021
Xaçmazda polis reyd keçirdi - COVID-19 pasportu olmayanlar toya buraxılmadı

Xaçmaz rayonunda toy, nişan, ad günləri və sair kimi şənlik mərasimlərinin COVID-19 təhlükəsi ilə əlaqədar tətbiq edilən məhdudiyyət tələblərinə uyğun keçirilməsinə nəzarət məqsədilə yoxlamalar davam etdirilir.

1news.az xəbər verir ki, Rayon polis şöbəsinin əməkdaşları müxtəlif ərazilərdə fəaliyyət göstərən bir neçə şadlıq sarayında vaksinasiya ilə əlaqədar yoxlama aparıb. Şadlıq saraylarının girişində aparılan yoxlamalar zamanı peyvənd olunmadan məclisdə iştirak etmək istəyən şəxslər geri qaytarılıb.

Qeyd edək ki, Xaçmaz rayonunun mövcud olan şadlıq saraylarında və həyətlərdə təşkil olunan məclislərə mütəmadi olaraq nəzarət olunur. Əhalinin sağlamlığı və təhlükəsizliyinə xidmət edən reydlər sakinlər tərəfindən razılıqla qarşılanır.

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər