Xızıda “patı” gəzdirən şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda “patı” gəzdirən şəxs saxlanılıb - FOTO

Qafar Ağayev10:20 - 28 / 07 / 2021
Xızıda “patı” gəzdirən şəxs saxlanılıb - FOTO

Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun 1news.az-a bildirdiyinə görə, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəssi aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı istintaq aparılır.

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər