Azərbaycanın beynəlxalq münasibətlərdə sözü imzası qədər qüvvətlidir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın beynəlxalq münasibətlərdə sözü imzası qədər qüvvətlidir

S.Xankişiyeva10:24 - 28 / 07 / 2021
Azərbaycanın beynəlxalq münasibətlərdə sözü imzası qədər qüvvətlidir

Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən Müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir.

Həyata keçirilən çoxvektorlu xarici siyasətimizin tarixinə nəzər yetirsək Azərbaycan multikultural və tolerantlıq dəyərlərinə sadiqliyini, eyni zamanda Cənubi Qafqazda sülhün və əmin-amanlığın carçısı olduğunu nümayiş etdirərək bütün dünya dövlətləri ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığını hərtərəfli intensivləşdirir, inkişaf etdirir.

Qoşulmama Hərəkatına Azərbaycanın daha növbəti bir il rəhbərlik etməsinə olunan etimad ölkəmizin düzgün idarəçilik modeli tətbiq edərək bu yeni platformada da özünü doğrultduğunun əyani sübutudur.

COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın bütün dünya dövlətlərində əhalinin yaxşı həyata əlçatanlığının təmin olunması üçün ehtiyacı olan ölkələrə humanitar yardım göstərməsi bir daha ölkəmizin ümumbəşəri dəyərlərə humanist münasibətinin bariz nümunəsidir.

İstər Avropa ölkələri ilə, istərsə də İslam dünyası ilə münasibətlərdə hər zaman qarşılıqlı hörmət və davamlı inkişafa üstünlük verən Azərbaycanın xarici siyasəti bu gün dost və qardaş ölkələrlə əməkdaşlığın dərinləşməsini prioritet etmişdir.

Avropada, Balkanlarda yerləşən, müsəlmanların kompakt şəkildə yaşadığı Bosniya və Hersoqovinaya bu günlər Qurban bayramı ərəfəsində 40 min doza peyvəndin yardım olaraq göstərilməsi bir daha Azərbaycanın multikultural dəyərlərə, habelə beynəlxalq təşkilatların qəbul etdiyi yekun qərarlara, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə sadiqliyin göstəricisidir.

2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleksin yaradılması inkişafda olan qardaş ölkələrin gələcək inkişafına verilən töhfədir.

Azərbaycan Respublikasının Prezidentinin bəyan etdiyi kimi – Azərbaycana, onun ədalətli mübarizəsinə dəstək göstərmiş ölkələrin işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulmasında, sülhün, əmin-amanlığın bərqərar olunmasında aktiv iştiraklarının təmin olunması prioritetdir.

Cari ilin 08-10 iyun tarixlərində Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində Ağdamda erməni vandalizminin yaratdığı fəsadlarla tanış olarkən regionda insanların sülh içində yaşamısı, əmin-amanlığın, davamlı inkişafın təmin olunaması ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda Qarabağa səfər edən ilk ali qonaq olması xalqlarımız arasında qardaşlığın, ictimai-mədəni əlaqələrin inkişafının, yüksək səviyyəli strateji əməkdaşlığın bariz nümunəsidir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı,

Azərbaycan-Bosniya və Hersoqovina

parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Paylaş:
651

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər