İlham Əliyev: Azərbaycan-BƏƏ əməkdaşlığı daha geniş region üçün mühüm əhəmiyyət kəsb edir
Azərbaycan-BƏƏ əməkdaşlığı daha geniş region üçün mühüm əhəmiyyət kəsb edir.
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edərkən deyib.
Əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlət başçısı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib, iki ölkə arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.
İlham Əliyev bərpaolunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu bildirib.
Azərbaycan Prezidenti bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək ə










