NARGIS Nəşriyyat evinin «Winter in Azerbaijan» adlı sərgisinin rəsmi açılışı baş tutdu - FOTO
1 dekabrda “Winter in Azerbaijan” adlı bayram sərgisinin rəsmi açılışı baş tutdu. Port Baku Mall-da keçirilən, sənətkarlığı, yaradıcılığı və bayram əhval-ruhiyyəsini bir araya gətirən bu sərgi ziyarətçiləri miniatür zəncəfilli şəhərciyə dəvət edir.
4 dekabrda keçirilən təntənəli açılışda qonaqlar bayram ab-havası ilə qarşılandı. Gün ərzində Qrinç, Olaf, Şaxta Baba və sehrbaz kimi sevilən obrazlar ziyarətçiləri əyləndirdi, IMEC tərəfindən hazırlanan uşaq xorunun şən melodiyaları isə məkana xüsusi ovqat qatdı. Merry Band-in canlı musiqisi bayram atmosferini daha da zənginləşdirdi. Qonaqlara isti şokolad və qlütensiz peçenye təqdim edildi. Bundan əlavə, qonaqlara hədiyyə olaraq xüsusi hazırlanmış “Winter in Azerbaijan” açıqcalarından və zəncəfilli peçenyelər verildi.
Bundan əlavə, NARGIS komandası “Azərbaycan Hava Yolları” QSC-yə, “Azərbaycan Dəmir Yolları” QSC-yə, “Azərpoçt” MMC, “Bakı Metropoliteni” QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, “Wolt” çatdırılma şirkətinə, MasterCard-a, “Push30” MMC-yə, “Miniboss Business School” tədris mərkəzinə, “Medsol” MMC-yə, “Kidsberry” mağazasına, “Glodemia” tədris mərkəzinə, “İticket” MMC-yə, “The Attack” kafesinə və “a’Nanas” restoranına verdiyi dəstəyə görə minnətdarlığını bildirir.
NARGIS Nəşriyyat Evi sərginin keçirilməsi üçün məkan ayırdığına görə Port Baku Mall ticarət mərkəzinə dərin təşəkkürünu bildirir.
Layihənin geniş auditoriyaya çatdırılmasında dəstəyinə görə media tərəfdaşlarımıza da təşəkkür edirik. Onlar arasında televiziya kanalları – AzTV, Mədəniyyət TV, İctimai TV, Xəzər TV, ARB24 TV, Space TV və Naxçıvan TV; radio stansiyaları – 90 FM İctimai Radio, Xəzər Radio, Araz Radio, Asan Radio, Avto FM, Dalğa FM və Planet FM; eyni zamanda onlayn platformalar – Global Media Group, 1news.az, Day.az, Trend.az, Azernews.az, Milli.az, Azertac və 7news.az yer alır.
Sərgi 15 yanvara qədər açıq qalacaq. Giriş sərbəstdir.














































