Hikmət Hacıyev Qətərin dövlət naziri ilə Bakı və Doha arasında münasibətləri müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə Bakı və Doha arasında münasibətləri müzakirə edib

Qafar Ağayev12:22 - Bu gün
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə Bakı və Doha arasında münasibətləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnəd ilə görüşüb.

1news.az-ın məlumatına görə, Prezidentin köməkçisi bu barədə "X" səhifəsində yazıb.

Tərəflər ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə edib və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəlib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər