Azercell bir daha qanvermə aksiyası keçirdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell bir daha qanvermə aksiyası keçirdi – FOTO

S.Xankişiyeva12:35 - 28 / 07 / 2021
Azercell bir daha qanvermə aksiyası keçirdi – FOTO

Şirkət əməkdaşları talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək oldu.

İyulun 27-də “Azercell Telekom”-un baş ofisində Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub.

Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyaya Azercell şirkətinin çoxsaylı əməkdaşı qatılıb. Peşəkar tibb vasitələrinin tətbiqi ilə icra edilən prosedur zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hematoloqlar hər bir donoru hərtərəfli tibbi müayinə etdikdən sonra onlardan qan götürüblər. Toplanmış qan ehtiyatı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan uşaqlara yönəldiləcək.

Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməklə yanaşı, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir. Çünki həm karantin rejiminin tətbiqi, həm də isti yay ayları ilə əlaqədar yaranmış qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.
Qeyd edək ki, həmin aksiya şirkətin ümumən əməkdaşlarının iştirakı ilə həyata keçirilən artıq ikinci bu cür sosial təşəbbüsdür. Hələ ötən il karantin rejiminin tətbiq olunmağa başladığı ilk aylardan Azercell Telekom baş ofisində ilk qanvermə aksiyasını həyata keçirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
527

Son xəbərlər

Müjdat Həsənov: Azərbaycanda 105 ölkədən 11 minə yaxın tələbə təhsil alırBu gün, 12:38İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidenti və yeni seçilmiş prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 12:26Gələn ilin bayram günləri müəyyənləşibBu gün, 12:09Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıbBu gün, 11:49CFI Azərbaycanda CFI Financial Investment Company-nin təqdimatını və İlqar Rüstəmbəylinin rəhbərliyə təyin olunmasını elan edirBu gün, 11:41Paytaxtın üç rayonunda işıq olmayacaqBu gün, 11:25Naxçıvan istiqamətində növbəti yenilik: onlayn aviabilet alışı indi “digital.login” iləBu gün, 11:10AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıbBu gün, 10:53Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dolları ötübBu gün, 10:48Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilibBu gün, 10:39Azərkosmosun peyk həlləri Qırğızıstanda təbii fəlakətin qarşısının alınmasında istifadə olunubBu gün, 10:34Sulutəpədə qanunsuz tikili sökülüb - FOTO - VİDEOBu gün, 10:27Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar təşkil edibBu gün, 10:21Heydər Əliyevin anım günü ilə bağlı bəzi yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHIBu gün, 10:11Messi Bakıya gəlib - FOTO - VİDEOBu gün, 09:57Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşırBu gün, 09:56Neftçalada motosiklet su kanalına düşüb, ölən varBu gün, 09:31İlham Əliyev keniyalı həmkarını təbrik edibBu gün, 09:21Günün valyuta məzənnələri açıqlandıBu gün, 09:14Paytaxtda tıxac müşahidə edilən küçə və prospektlərBu gün, 09:10
Bütün xəbərlər