Lənkəranda meşəlik ərazdə baş verən yanğın söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda meşəlik ərazdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

S.Xankişiyeva12:03 - 04 / 08 / 2021
Lənkəranda meşəlik ərazdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Məlumata görə, Lənkəran rayonunun Moloja kəndi yaxınlığında meşə zolağında baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində söndürülüb.

11:46

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər