Bu günün statistikası: 1242 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 1242 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

S.Xankişiyeva15:53 - 06 / 08 / 2021
Bu günün statistikası: 1242 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib, aktiv xəstə sayı 10 007 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, ötən müddət ərzində isə ümumilikdə 4 094 565 test aparılıb.

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər