FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrup bu gün Türkiyəyə yola düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrup bu gün Türkiyəyə yola düşəcək

S.Xankişiyeva16:31 - 06 / 08 / 2021
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət dördüncü qrup bu gün Türkiyəyə yola düşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər