Bakıdakı yanğın 45 şam ağacının məhvinə səbəb olub – YENİLƏNİB
Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib. Onun sözlərinə görə, hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.
16:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi yaxınlığında, açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən açıq ərazidə kol-kos yanır.
Əlavə məlumat veriləcək.